Yeni qanun! Almaniyaya iş məqsədi ilə miqrasiya. Mavi kart qanununda yenilik.

AFR – iqtisadiyyata görə dünyanın 4-cu ölkəsidir. Almaniyada işləmək çox rahat və sərfəlidir. İş üçün miqrasiya edənlərin sayı günü gündən artır.

Almaniyada artıq 83 milyon insan yaşayır, və hər il xaricdən 400 000-ə yaxın insan bura yaşamaq məqsədi ilə gəlir. Ümumiyyətlə, dünyada immiqrasiya ölkəsi kimi tanınır.Bunun müxtəlif səbəbləri var.


Əziz oxucular, məqalələrimi bəyənirsinizsə, zəhmət olmasa bloqun Facebook səhifəsini bəyənin.


Bununla mənə dəstəyinizi göstərmiş olacaqsınız.
Təşəkkür edirəm! Bundan əlavə! Telegram kanalımda var, və onun vasitəsi ilə yeni məlumatları daha tez əldə edə bilərsiz! Telegram Kanal!


Bildiyiniz kimi, Almaniya Federativ Respublika-nın da öz problemləri var, və ən güclü problemlərdən biri – işçi güvvəsinin çatışmamasıdır.
Bu həkim, proqramçı, mühəndis, tibb işçiləri, avtomexanik və yüzlərlə başqa peşələrdə işçilərin çatışmamazlığı deməkdir.

Hal hazırda, ən asan yol köhnə Blau Karte (Blue Card) yoludur. Lakin, o yolun da müxtəlif maneələri vardır.

Problemi həll etmək üçün, dövlət Blau Karte haqqında olan paraqrafa yeni asanlaşdıran əlavələr əlavə edib. Həmin əlavələr 2020-ci ilin mart ayının 1-dən etibarən qüvvəyə minəcək.

Bu məqalədə mən diplomdan, peşədən asılı olmayan iş məqsədi ilə tam leqal miqrasiya haqqında yazmaq istərdim.

Qanundakı əlavələrə əsaslanaraq, demək olar ki, hətta ali təhsilsiz, Avropa Birliyinə aid olmayan xarici vətəndaşlar iş tapıb leqal olaraq işləyə biləcək.

Peşədən asılı olaraq, Alman dili bilikləri sıfır səviyyədən C1 səviyyəsinə qədər fərqlənir. Məsələn, IT sahəsində peşələrin əksəriyyətində Alman dilinə ehtiyac yoxdur, tək danışıq İngilis dili kifayətdir (heç bir sertifikasiyasız).
Dİgər 99% peşələrə Alman dili bilikləri lazımdır (sertifikatla təsdiq olunmuş).

Diplomunuzun Almaniyada qəbul olunmasını yoxlamaq üçün bu sayta keçin.
“Suchen” düyməsinə klikləyib, unversitetinizi seçin. Və universitet adının yanında H+ yazılıbsa, deməli sizin diplomunuz Almaniyada tanınır.

Ali təhsili olmayan / diplomu qəbul olunmayanlar üçün oxumaq və işləmək imkanı

Ali təhsili olmayan və ya Almaniya dövləti tərəfindən qəbul olunmayan ali təhsilli xarici vətəndaşlara Almaniyada işləmək üçün lazım olan tələblər və qaydalar:

1) Alman dilində B1 səviyyəli sertifikat;
2) İlk il üçün bank hesabında dondurulmuş 8000 avro miqdarında vəsait;
3) Həftədə 10 saata qədər işləmək icazəsi;
4) Paralel olaraq işləyib, ali və ya peşə məktəbində çox ucuz və ya tam pulsuz təhsil almaq imkanı.

Ali təhsillilər üçün Almaniyada işləmək imkanı

Ali təhsiliniz Almaniya tərəfindən təsdiq olunursa, diplomunuz Alman diplomu ilə bərabər qəbul olunarsa, siz Almaniyaya iş tapmaq məqsədi ilə müddəti 6 aya qədər ola viza ala bilərsiniz.
Bunu etmək üçün Alman dilini ən azı A1-A2 səviyyədə bilmək lazımdır. Öz tərəfimdən deyim ki, A1 və A2 səviyyələrinə çox asan və nisbətən tez çatmaq olar. Hətta, kurs bitirdiyiniz haqqında yerli sertifikatlar da keçərli ola bilər.

Əsas tələblər:

1) Anabin saytından H+ təsdiqi olan səhifənin çapı;
2) Diplomun rəsmi Alman dilinə tərcüməsi;
3) Aylıq minimum 853 avro (2020 üçün) miqdarında vəsait (6 aylıq gəlirsinizsə 5118 avro). Bu pul iş tapmadan öncə özünüzü saxlamaq üçün qaranti hesab edilir;
4) İş axtaran xarici vətəndaşlar yerli vətəndaşlar qədər eyni hüquqlara malikdirlər. Yəni, namizədlər arasında seçim edərkən rəsmi olaraq heç bir fərq qoyulmamalıdır.

Buyurun, kommentlərdə sizi maraqlandıran suallarınızı yazın, mən isə öz növbəmdə hər birini çalışıb açıq şəkildə cavablandıracam .

Enjoy this blog? Please spread the word :)