Almaniyanın BLAU KARTE / BLUE CARD haqqında əsas məlumat

Bu məqalədə Almaniyanın Blau Karte (Blue Card – Göy kart) haqqında ətraflı yazacam.


Əziz oxucular, məqalələrimi bəyənirsinizsə, zəhmət olmasa bloqun Facebook səhifəsini bəyənin.


Bununla mənə dəstəyinizi göstərmiş olacaqsınız.
Təşəkkür edirəm! Bundan əlavə! Telegram kanalımda var, və onun vasitəsi ilə yeni məlumatları daha tez əldə edə bilərsiz! Telegram Kanal!


Blau Karte – Amerika Birləşmiş Ştatlarının Green Kart-ından tam fərqlənir.
Blau Karte yalnız (demək olar ki bütün hallarda) ali təhsilli insanlara aiddir və sırf iş təklifi aldıqda verilən bir sənəddir. Sənəd özü yaşayış icasəzi (oturum izni) olan sənəddir, amma əsas fərqi ondadır ki, yüksək kvalifikasiyaya malik insanlara və onların ailələrinə (həyat yoldaşı və uşaqlarına) verilir.

Proqramçıya Almaniyadan iş təklifini almaq üçün çox hallarda tək İngilis dili kifayət edir. Həkim və başqa yüksək səviyyəli professiyalar üçün Alman dili bilikləri lazımdır.

Blue Card hansı üstünlüklər verir?

  1. 4 il ərzində Almaniyada yaşamaq icazəsi (əlbəttə ki həmin illərdə dayanmadan işləsəniz);
  2. Həyat yoldaşınıza yaşayıb işləmək icazəsi;
  3. Köçüb Almaniyada yaşamaq üçün bütün sənədləşdirmə işlərində prioritet (yəni, növbədə dayanmadan təyin edilmiş vaxtda) yanaşma ;
  4. Müddətsiz (limitsiz) yaşayış imkanı almaq üçün cəmi 21 ay lazımdır (əgər Alman dilini B1 səviyyəsində bilsəniz). Və ya, Müddətsiz yaşayış imkanını imtahanlarsız 33 ay sonra ala bilərsiniz;
  5. İstənilən vaxt, işə qəbul edəndən asılı olmayaraq, iş yerinizi dəyişə bilərsiniz. Yeganə məqam budur ki, ilk 2 il ərzində iş yerinizi dəyişdikdə mütləq Auslanderbehörde (xaricilər üzrə dövlət strukturu)-yə məlumat verməlisiniz.

Blue Card almağın əsas əsasları və addımları

  1. Siz işləmək istədəyiniz sahə və ya ona yaxın sahədə olan hər hansı Almaniya Federativ Respublikası tərəfindən tanınan diploma (bakalavr, magistr və s.) malik olmalısınız. Onu yoxlamaq üçün bu saytda universitetinizi yoxlaya bilərsiniz. “Suchen” düyməsinə keçib unversitetinizi seçin. Və universitet adının yanında H+ yazılıbsa, deməli sizin diplomunuz Almaniyada tanınır.
  2. Əlinizdə hər hansı Alman şirkətin iş təklifi olmalıdır və rəsmi illik brutto maaşınız adi professiyalar üçün ən azı €55,200 təşkil etməlidir. Proqramçı həkim və oxşar sahələrdə isə minimal əməq haqqı €43,056 təşkil edir. Və daha yaxşısı – əgər gələcək şirkətiniz Bundesagentur für Arbeit-dan xüsusi işləməyə icazə kagızını əldə edib sizə göndərsin.
  3. Yaşadığınız ölkədə Alman səfirliyinə Visa Type C,Blau Kart üçün müraciət edtikdə səfirliyin saytında tapdığınız formaları və lazımlı sənədləri yığıb gedirsiniz. Yoldaşınız və uşaqlarla köçürsünüzsə, hamınız birlikdə sənəd verə bilərsiniz. Ortalama 1 ay ərzində hər şey düzdürsə, böyük ehtimalla problemsiz 3 və ya 6 aylıq Viza verirlər.
  4. O Viza ilə Almaniyaya gedib işə başlayırsınız, və həmin günlərdə Blau Karte almaq üçün xüsusi saytda tarix təyin edirsiz, hərdən 1-2 ay qabağdaki tarixdir. Həmin tarixdə bütün lazımı sənədlər ilə ora gedib bütün ailəniz üçün Blau Kart-ları alırsınız. Ortalama bir nəfərə 75 avro ödəniş olunur.

Suallarınız varsa, zəhmət olmasa Facebook kommentlər bölməsində yazın, bildiyim məlumatlarla paylaşacam.