Mentorluq haqqında dərhal öyrənmək:
Salam, mənim adım İlkindir. Mən artıq 2 ilə yaxındır ki, öz biliklərimi Youtube, Tiktok, İnstagram və Teleqramda paylaşıram. Bir gün növbəti video üçün ideyaları fikirləşəndə birdən ağlıma gəldi ki — bütün məni izləyən gözəl şəxslər hansı ən əsas problemi həll etmək istəyirlər? Və o dəqiqə anladım ki — bu sırf yol göstərişidir. Mən hər həvəsli izləyicimə kömək etməliyəm. Və bu məqsədlə indi bu məqaləni yazıram ki, sənə öz karyera yolunuzun axtarışında köməklik göstərə bilim.
Bu mətndə sən sırf seçmək istədiyin sahə üzrə davam etmək üçün hansı addımları atmağınızı öyrənəcəksən.
Texnologiya sahəsinə daxil olmaq istəyirsən, amma haradan başlayacağını bilmirsən?
Yoxsa artıq IT sahəsindəsən, lakin irəliləmək üçün dəqiq bir planın yoxdur?
Mən, İlkin Əlibəyli — 17+ illik təcrübəli mühəndis, mentor və rəhbər olaraq sənə doğru istiqamət seçməkdə və karyerana yön verməkdə kömək edirəm.
Kimlər üçün uyğundur?
Yeni başlayanlar üçün — Əgər sən kompüterdən yeni istifadə etməyə başlamısansa və IT sahəsinə marağın varsa — bu yol xəritələri sənin üçündür. Hansı peşə sənin üçün daha uyğundur, necə başlayıb addım-addım irəliləyə bilərsən — hamısı burada.
Artıq sahədə olanlar üçün — Junior, Middle və ya Senior səviyyədəsənsə və biliklərini sistemli şəkildə genişləndirib növbəti mərhələyə keçmək istəyirsənsə — sənə uyğun yol xəritən buradadır.
Məqsədim — səni çaşqınlıqdan çıxarıb konkret, ardıcıl və nəticəyönümlü yola salmaqdır.
Frontend Developer
İstifadəçi gördüyü və qarşılıqlı əlaqədə olduğu veb hissəni hazırlayan proqramçıdır. Əgər sən dizayna maraqlısansa və brauzerdə görünən interfeysləri yaratmaq istəyirsənsə, bu sahə sənlikdir. HTML, CSS və JavaScript bu yolun əsasını təşkil edir.
Backend Developer
Server tərəfində işləyən və məlumat bazaları, API-lər, autentifikasiya kimi məntiqi strukturları quran proqramçıdır. Əgər sən struktur, təhlükəsizlik və sürət barədə düşünməyi sevirsənsə, backend sənin yolundur.
Fullstack Developer
Həm frontend, həm də backend biliklərinə sahib olan proqramçıdır. Hərtərəfli inkişaf yolu istəyənlər və “bir layihəni başdan sona tək edə bilim” deyənlər üçün ideal sahədir.
DevOps / SysOps Engineer
Tətbiqin hazırlanmasından tutmuş istifadəyə verilməsinə qədər olan bütün prosesləri avtomatlaşdıran və serverlərə nəzarət edən mütəxəssisdir. Əgər sən həm texniki, həm də sistem yönümlü düşünürsənsə — bu sahə sənin üçündür.
Data Scientist
Məlumatlardan dəyər çıxaran və statistik metodlarla qərar dəstəyi verən bir mütəxəssisdir. Əgər sən analitik düşüncə qabiliyyətinə maliksənsə və rəqəmlərlə işləməyi sevirsənsə, bu sahə çox uyğundur.
Data Engineer
Məlumat axınlarını qurmaq, saxlamaq və emal etmək üçün sistemlər hazırlayan proqramçıdır. Böyük həcmli məlumatların idarəsi səni cəlb edirsə və texniki detalları sevirsənsə — bu sahə sənə uyğun olacaq.
Security Engineer
Sistemlərin və tətbiqlərin təhlükəsizliyini təmin edən mütəxəssisdir. Hücumlardan qoruma, zəiflikləri tapmaq və riskləri aradan qaldırmaq bu sahənin əsas məqsədidir. Əgər kibertəhlükəsizlik səni maraqlandırırsa — bu sənin yolundur.
Product Manager
Məhsulun ümumi inkişafına cavabdeh olan şəxsdir. İstifadəçi ehtiyaclarını başa düşmək, komandaları yönləndirmək və məhsul vizyonunu qurmaq əsas vəzifələrdəndir. Liderlik və strategiya maraq dairəndədirsə — bu sahəyə nəzər yetir.
Project Manager
Komanda və resursların koordinasiyasına cavabdeh olan şəxsdir. Layihənin vaxtında, keyfiyyətli və büdcə çərçivəsində təhvil verilməsi üçün planlamalar aparır. Təşkilatçılıq və məsuliyyət hissin güclüdürsə, bu sahədə uğurlu ola bilərsən.
QA Engineer
Tətbiqlərin düzgün və səhvsiz işlədiyindən əmin olan test mühəndisidir. Manual və avtomatlaşdırılmış testlər, səhv tapmaq və keyfiyyəti qorumaq əsas işlərdəndir. Detallara diqqət və səbirli yanaşma sənin güclü tərəfinədirsə — burdan başla.
Mobile Developer
Android və ya iOS üçün mobil tətbiqlər hazırlayan proqramçıdır. Əgər sən mobil dünyanı sevirsənsə və telefonlar üçün tətbiq yaratmaq istəyirsənsə, bu sahə əla seçimdir.
UI/UX Designer
İstifadəçi təcrübəsini və vizual görünüşü dizayn edən şəxsdir. Estetik zövqün güclüdürsə və “istifadəçiyə necə daha rahat olar?” sualını tez-tez verirsənsə — bu sənin sahəndir.
Mentorluq
Hər yol xəritəsinin sonunda sən mentorluq üçün formu doldura bilərsən.
Əgər hələ də seçim edə bilməmisənsə – mənə müraciət et, birlikdə yolunu tapaq!