Proqramçı olmaq istəyirəm, amma Informatika sahəsində zəif biliyim var

Mənim ətrafımda belə fikirləşən adam həddinnən artıq çox olub. Çox adam proqramçı olmaq istəyir. Təəssüf ki, bu sahəni oxumaq istəyən 10 nəfərdən cəmi 2-si proqramçı oldu.
Niyə axı? O qədərmi çətin sahədir?

Mənim fikirimcə bunun bir neçə bir birindən asılı olmayan səbəbi var. Aşağıda onları təsvir etməyə çalışacam.


Əziz oxucular, məqalələrimi bəyənirsinizsə, zəhmət olmasa bloqun Facebook səhifəsini bəyənin.


Bununla mənə dəstəyinizi göstərmiş olacaqsınız.
Təşəkkür edirəm! Bundan əlavə! Telegram kanalımda var, və onun vasitəsi ilə yeni məlumatları daha tez əldə edə bilərsiz! Telegram Kanal!


Dil problemi
Çoxumuz bilir ki, Azərbaycan dilində olan İT və proqramlaşdırma üzrə ədəbiyyat həddinnən artıq azdir və çoxusu köhnəlib və indiki bazar üçün nəzərdə tutulmayıb. Yaxşı ki dilimiz Türkiyənin dövlət dili ilə çox bənzərdir, və ən azı bəzi videolara və kitablara əl ata bilərik. Amma mənim fikirimcə bu da çox azdır. İngilis, Rus və Alman dilində olan məlumatların həcmi bütün başqa dillərdə olan ədəbiyyatın həcmindən 3 dəfə çox olduğuna görə (Çin dilini saymayaq), siz ən azı bunlardan 2sini və ya heç olmasa Türk dilindən əlavə olaraq birini bilməlisiniz ki, problemləri daha asanlıqla həll edə biləsiniz.
Axı indiki proqramlaşdırma nədən ibarətdir? StackOverflow saytında demək olar ki, bütün problemlərin həlli var. Amma o həlləri tapmaq üçün heç olmasa orta bir İngilis dili səviyyəsi olmalıdır. Onu da bilmədiyiniz halda problem ilə üz-üzə çıxıb həllinizə saatlarla dəyərli vaxtınızı itirəcəksiniz.

Vaxtında başlamalı
Bəli, mən razıyam ki bu işdə də yaşın fərgi o qədər də önəmli deyil. Amma illər getdikcə, sahəni oxuyub ixtisasla işləmək ehtimalı azalır, çünki siz hər hansı başqa bir işin dərininə gedirsiz və nəticədə nəsə oxumağa vaxtınız çox məhdud olur.

Özünə inam problemi
Siz elədə çox inanmırsız ki proqramlaşdırmada nəyəsə nail ola bilərsiz, və dəqiqləşdirməmisiz, doğrudanmı bu mənim həmişə məşğul olmaq istədiyim sahədir? Özünüzə inanmalısız, inanmalısız ki sırf bu sahəni oxuyub professional olacaqsız. Mən elə adamları tanıyırdım, hansına ki bu sahə başqalardan qat-qat çətin gəlirdi. Amma nəticədə sırf onlar bu sahəni oxuyub iş yeri tapıb proqramçı işləyirlər.
Fikirləşdiyiniz hər “dahi” əslində öz üzərində illərlər çalışan adamdır. Və inanın ki ona hazırki işi o qədər də çətinlik yaratmıq, çünki illərlə bu sahədə “məşq” edib. İstedad əlbəttə ki kömək edir, amma təcrübə və bilik, mənim fikirimcə, istedaddan üstündür.

Məqsəd
Çoxlu hallarda insan ona görə məqsədinə çatmır ki, əslində heç məqsədini də bilmir. Sizin bu sahəyə keçməyiniz sırf daha yaxşı yaşamaq, yüksək gəlir əldə etmək və ya harasa köçməkdirsə, işiniz daha çətin olacaq. Çünki İT sahəsini sevməsəniz, bu sahədə işləmək və ondan zövq almaq lazımdır ki, əsl professional olasınız. Əvvəlcədən İnformatika məntiqinin əsas prinsiplərini öyrənin, maraqlanın və doğrudanda bu sahəni sevin. Çünki mənim anlayışımda, dünyaya, insanlara faydalı olmaq çox böyük bir motivasiyadır. Bunu anlayannan sonra siz nəyinki pul və yaxşı həyat dalınca qaçacaqsız, siz həmçinin sahənizi sevib hər iş saatınızda özünüzü xoşbəxt hiss edəcəksiniz.

Başqaların üstünə öz problemlərinizi atmaq
Hər dəfə siz fikirləşirsiniz ki, sizə məsləhət verən insanlar (dost-tanışlarınız, müəlliminiz, saytlardaki və ya videolardaki müəlliflər və s.) nəyisə düz bilmir və sizə oxumağ üçün səhv məlumatları verir. Əlbəttəki siz sonra başqa mənbələrdə həmin məlumatları yoxlayırsınız və hər dəfə ziddiyyətlərə rast gəlirsiz. Fikirləşirsiniz ki heç kim düz demir, mən deyilən kimi etməyəcəm. Uzun sözün qısası, axırda siz bu sahəni atırsız və deyirsiz ki “mənlik deyil”.

Dil seçimi
Öyrənmək üçün proqramlaşdırma dilini seçə bilmirsiz?
Bu sual üçün xüsusi cavabım var – siz o dili seçənə qədər, dost-tanışdan, forumlardan soruşana qədər, hansısa bir evdə sizin konkurentiniz oturub proqramlaşdırmanı oxuyub sizin gələcək gözəl iş yerinizi və ya startap ideyasınnan istifadə edib həyatını qurur.
Mənim fikirimcə, hər hansı bazarda lazım olan dili öyrənsəniz, sonra yeni dili daha asanlıqla və daha tez öyrənəcəksiniz. Fərglər həmişə var, amma məntiq eynidir və o qədər əziyyət və vaxta ehtiyyac olmayacaq.

İnformatika üzrə əsas biliklərin olmaması
Siz dərhal proqramlaşdırmadan başlayırsız, amma İnformatika elmi barədə ancaq Wikipedia-da oxumusuz? Çox hallarda universitetiniz sizə teoretik əsasları deyir, amma təhsilin keyfiyyəti və sizin tənbəlliyiniz nəticəsində siz məlumatların ötürülməsi, saxlanılması və emal edilməsi barədə heçnə bilmirsinizsə, proqramlaşdırmaya başlamayın. Əvvəl maraqla Youtube, Wikipedia (lap üstün məlumatlar üçün), hər hansı Computer Science kitabları oxuyub heç olmasa üstün bir məlumat alın ki, sonradan çox asan problemlərin həlli vaxtı saatlarla vaxt itirmiyəsiniz.
Avtomobil sürən insan ən azı bilməlidir ki, o sırf təkərlərin sayəsində fiziki olaraq gücdə udur, və ona görə o qədər də çox enerji sərf etmədən qabağa gedir. Heç olmasa bilməlisiniz ki, sürdüyünüz maşının kapotunun altında mühərrik var. Proqramlaşdırmaya gəldikdə, siz neyinki avtomobil kimi kompüteri idarə edirsiz, siz həmçinin ona ardıcıl komandaları ötürürsüz. Bu isə sizə idarəetmə dərinliyində qat-qat çox imkanlar yaradır.

Mənim işim alınmır
Sizdə əvvəldə nəsə alınırdı, amma indi fikirləşirsiniz ki, bunnan sonra alınmayacaq.
Bu hər təzə başlayanın qabağına düşən bir imtahandır. O imtahanı keçməyə bacarsanız, sonradan çox asan olacaq.
Mən dərs dediyim insanların hamısında olub, hətta İT fakultəni bitirən, teoriyanı bilən uşaqlar tez-tez səhvlərə yol atıb primitiv proqramları yaradan yerdə onlarla səhvlər edirdilər. Məndə belə başlamışam, məndə 1 il gecələr yatmayıb (o demək deyil ki siz də belə etməlisiniz) kodumun düzgün işləməyi üzrə çalışırdım. İşiniz alınması üçün sizə sönməz bir motivasıya, planınız və vaxtınız olmalıdır.

Mən çalışacam bunun kimi materiallarla tez-tez paylaşım ki, tək motivasiya yox, həmçinin bilik və təcrübənizi artırmaq məqsədinə çataq.

Başlamağ heç vaxt gec deyil! Uğurlar!