Qısa bioqrafiya | Komfort zonasından niyə çıxmaq lazımdır?

Birinci məqaləm olduğuna görə, zəhmət olmasa çox qınamayın. Bu məqalədə sizinlə öz bioqrafiyamın hissəsi ilə və komfort zonasınnan inkişaf məqsədi ilə çıxmağımı bölüşmək istərdim. Şəxsi inkişaf kitablarında hər yerdə bu barədə yazılır, amma real bir misal az halda təsvir olunur.


Əziz oxucular, məqalələrimi bəyənirsinizsə, zəhmət olmasa bloqun Facebook səhifəsini bəyənin.


Bununla mənə dəstəyinizi göstərmiş olacaqsınız.
Təşəkkür edirəm! Bundan əlavə! Telegram kanalımda var, və onun vasitəsi ilə yeni məlumatları daha tez əldə edə bilərsiz! Telegram Kanal!


Kiməm? Və nə ilə məşğulam?
Mən adı Backend proqramçıyam. Bir neçə dillərdə yazıram, amma həmişə qabağıma PHP düşür.
Rəsmi olaraq 2009-cu ildən kod yazıram. Amma məktəbin axırıncı siniflərində artıq başlamışdım. Öz ixtisasıma uyğun bakalavr və maqistr dərəcələrini Bakida, İqtisad və Texniki universitetlərində bitirmişəm.

Baki – doğulduğum, böyüdüyüm, təhsil aldığım şəhərdir. Bakida yaxınlarımın və dostlarımın çoxsu yaşayır. Bakidan köçdüyüm vaxtı, mənim və ailəmin hər şeyi vardır, mən özümə bir məqsəd qoydum – mənəvi, ruhani inkişaf etmək ki sonra bu barədə yazmaq olsun 😀 . Əslində mən çox dərin komfortda idim, karyeram və inkişafım üçün hər şey artıq hazır idi.

Bu o demək deyil ki komfort zonasınnan çıxmaq üçün və inkişaf etmək üçün mütlək harasa köçmək lazımdır. Mən sadəcə öz komfort zonamı kəsdim, çünki artıq çox rahat yaşayırdım, – hər gün öz avtomobilim ilə işə gedirdim, boş vaxtlarımı ailəm, yaxınlarım və dostlarım ilə vaxt keçirdirdim. Azərbaycanın böyük bir telekommunikasiya şirkətində daxili sistemlər üzrə Full Stack proqramçı kimi işləyirdim. Axırıncı illərdə hər şey çox yaxşı gedirdi, amma şəxsi inkişaf prosessim demək olar ki dayanmışdı. Axşamlar proqramlaşdırma kurslarında dərs deyirdim, altı bazar isə öz və başqaların layihələri üzrə işləyirdim.
Şəxsi həyatıma ziyan olsa da (ailəm və yaxınlarım ilə çox az vaxt keçirdirdim), mən bir çox yaxşı proqramçının inkişafında iştirak etmişəm. Həmçinin bir-neçə maraqlı ölkə daxili İT layihələrin üzvü olmuşam.

Hər şey belə gedirdi, amma bir gün Odessa şəhərindən bir təklif aldım.
Cəmi bir gün ərzində qərara gəldim ki, həyatımda hər hansı bir dəyişiklik etməliyəm. Odessaya çox gözəl bir turizm üzrə startap şirkətində işləmək üçün köçdüm. Orada mən çoxlu həyat və karyeram üçün təcrübə yığdım. Buna görə oradaki kolleqalarıma təşəkkürlərimi bildirirəm.
Odessada daha sadə yaşayırdıq, qədimi Golf sürürdüm, hərdən yerli pis gündə “marşrutkalarında” da olmuşam. Amma yenə də bu şəhərin və onun sakinləri barədə ancaq xoş sözlər deyə bilərəm.

Sonra, bir göz qırpiminda, mənə Berlində yerləşən bir alman startap şirkətindən təklif gəldi.
İntervyunu çox rahat, hazırlıqsız keçdim, rəsmi bir təklif gəldi, və öz ailəm ilə vizanı alıb köçdük Almaniyanın paytaxtına.
Ukrayna bürokratiyasından sonra daha “super” bir bürokratiyasını görmək istəyirsizsə, Almaniyaya köçün. Burada siz real məktublar ilə üz-üzə gələcəksiz. Google tərcüməçinin kamera funksiyasına təşəkkürlərimi bildirirəm. Challenge – küçədə qalmamaq üçün özünə bir ev tap və başqa qeydiyyat (anmeldung) sərgüzəştləri. Bu təcrübəmi sizlə yeni məqalələrimdə bölüşəcəm.

İş haqqında
İşin planı və təşkili Bakida, Odessada və Berlində kifayət qədər fərqlidir.

Bakida əsas prinsip – “işləyir, əl vurma”. Odessada Scrum var idi, düzdür tam inkişaf etmiş formada deyildi. Berlində isə (ən azı işlədiyim şirkətdə) hər şey saat kimi işləyir. Özü də taym-menecment sevgisi, maksimal məhsuldarlıq və heç bir overtaym olmadan işləmək imkanı mənə iş və şəxsi həyatım arasındaki balansı saxlamağa çox yaxşı imkanlar yaradır.

İşdə heç bir bürokratiya yoxdur, bütün prosesslər çox tez və rahat gedir. Düzdür, mənə elə gəlir ki, bunun səbəbi şirkətin hələ də SaaS (İT) startap olmasıdır.

Və ümümiyyətlə, startapda işləmək xoşuma gəlir. Burada sən həmişə özünü faydalı hiss edirsən, çünki həm AWS admin etmək, həm CSS qurdalamaqa hərdən lazım olur, baxmayaraq ki Backend proqramçısan – təcrübə yığmaq üçün əla imkan.

Heç kəs bilmir, 3 il qabaq bu döngəyə dönməsəydim karyeram ilə nə olardi. Ola bilsin mən yenə də “komfort”-da yaşayacaqdım, amma gün ərzində 10-11 saat işləməklə, və ya hər hansı lokal bir şirkətdə İT şöbənin müdürü olardım.

Əsas müsbət cəhətlər:

  • Biraz zəyif olan ingilis dilimi çox yaxşı inkişaf etdirdim
  • Taym-menecment və işin təşkilində yeni bir səviyyəyə qalxa bildim
  • Proqramçı kimi böyüdüm, ola bilsin hər hansı şirkətdə məni Senior sayardılar, amma mən hələ də Middle səviyyəsindəyəm, Senior olmaq arzusu ilə…
  • Velosiped və ictimai transportdan istifadə edirəm, – demək olar ki ekoloqiyaya ziyan vermirəm (bu barədə ayrı bir məqalə olacaq)
  • Və həmçinin, almanca sərbəst danışmağıma az qalıb 🙂

Enjoy this blog? Please spread the word :)