Niyə məhz Berlində/Almaniyada yaşamalı?

Berlin şəhərinə əmək məqsədi ilə miqrasiyanın üstün və mənfi cəhətləri haqqında yazmağa çalışacam.

Əvvəlcədən deyirəm ki, əgər sizin məqsədiniz çoxlu pul qazanmaqdırsa – Avropa onun üçün deyil. Bu halda mən Ərəb Emiratlarında və ya Qatarda yüksək maaşlı iş tapmağı məsləhət görərdim.


Əziz oxucular, məqalələrimi bəyənirsinizsə, zəhmət olmasa bloqun Facebook səhifəsini bəyənin.


Bununla mənə dəstəyinizi göstərmiş olacaqsınız.
Təşəkkür edirəm! Bundan əlavə! Telegram kanalımda var, və onun vasitəsi ilə yeni məlumatları daha tez əldə edə bilərsiz! Telegram Kanal!


Əgər mənəvi cəhətdən fikirləşirsinizsə, Berlin o halda yaşamaq üçün tam yarıyar, əsasən ailəniz və uşağlarınız varsa. Berlin demoqrafiya cəhətdən başqa Almaniya torpaqlarınnan nisbətən zəyif olduğuna görə, burada dövlətin ailələrə qarşı sosial yardım çox yüksək səviyyədədir, əsasən uşağlarınız varsa.
Misal üçün uşaq bağçaları burada demək olar ki pulsuzdur (ölkənin başqa torpaqlarınlara nisbətən), məktəblilər üçün transport avqustun 2019-nan sonra tam şəkildə dövlət tərəfdən ödəniləcək.

Qərbi və cənubi Almaniya şəhərlərinə baxanda, Berlin yüksək maaşlar şəhəri deyil. Şəhər öz muharibə tarixi ilə məşhurdur, dünya mədəniyyətlərin qarışan bir məkanıdır. Amerikan və Sovet simvolikaları ilə dolu, Berlin əsl Soyuq Muharibə abidəsidir. Yaxşı ki, bu front artıq ancaq turistlər üçün bir məkana çevirilib. Almaniyada ən yüksək sürətli inkişaf edən şəhərlərdən biridir. Əsasən velosiped yolların artırılmasında, transport və maaş inkişafında yüksək pillələrdə yerləşir. Ən çox isə evlərin alış və kirayə qiymətləri artır, bu isə ekspatlar üçün çox yaxşı bir irəlləyiş deyil.

İT sektoru burada ən tez inkişaf edən sahələrdən biridir. İT-nin hesabına, güman edirəm orta maaşlar çox tez artır. Əgər Google xəritələrində şəhərin mərkəz hissəsinə baxsanız, çoxlu yan-yana yerləşən bir neçə onlarla startapların, orta və böyük şirkətlərin ofislərini görmək olar. Sırf bu İT şirkətlərin arasındaki konkurensiyanın hesabına həmin orta maaşlar artır.

Əyləncə sahəsində, Berlin, güman edirəm ki, ölkənin ən çox və müxtəlif əyləncə obyektlərin yerləşməsi ilə məşhur olan şəhərdir. Burada hər şey tapmaq olar, bütöv il işləyən yerli “Maldiv adaları” da 40 km məsafədə yerləşir (Tropical Island). Avropaya baxanda, Berlin ən böyük şəhərlərdəndir – 3,6 milliondan artıq əhalisi var.

Nəqliyyat 173 metro stansiyası və 166 yerüstü elektrik qatar stansiyalarından ibarətdir (mənbə – Wikipedia). Məncə bu rəqəmlər kifayət qədər inkişaf etmiş şəhər nəqliyyatı haqqında deyir. Rahat qatarlar və avtobus dayanacaqları xırda küçələrə qədər şəhəri əhatə edir. Şəhərin bir təfərindən (B zonasınnan) obirsi tərəfinə təxmini 1 saata çatmaq olar. Həmçinin, şəhərin içindən keçən reqional və şəhərlərarası qatarlara minib şəhərin bir tərəfindən obirsi tərəfinə çox tez bir zamanda çatmaq olar. Onların fərgi ondadır ki çox sürətli və rahatdılar. Minmək üçün şəhərdaxili bilet kifayətdir.
Hal hazırda Berlin şəhərin daxilində şəxsi avtomobildən istifadə etmək tam da sərfəli və rahat deyil (sırf mənim fikirim).

Berlin əhalisinin alış qabiliyyəti çox yüksək olduğundan, bu şəhər xoşuma gəlir. Alış qabiliyyətinə görə Berlin Stokholm, Amsterdam və Münxen şəhərlədindən üstündür, ətraflı iqtisadi məlumatlara Numbeo.com saytında baxa bilərsiz. Bu sırf qiymətlərin nisbətən az olduğuna görədir, baxmayaraq ki Berlindəki orta maaş daha azdır.

Həmçinin, özünüz və ya övladlarınız üçün keyfiyyətli təhsil haqqında fikirləşmək olar. Almanda danışan adamalar üçün təhsil dövlət tərəfdən ödənilir (vətəndaşlıqdan və hər hansı statusdan asılı olmayaraq).
Burada iş tapmaq asandır, işsizlik səviyyəsi 2019-cu il üçün cəmi 6,7% təşkil edir. Bu rekord olaraq ən aşağı göstəricidir. Demək olar ki hər tələbə parallel olaraq işləyir, həta hərdən tələbəyə iş tapmaq daha asanddır.

Mənim üçün ən böyük üstünlük – turizm üçün imkanlar həddinən artıq çoxdur və qiymət baxımından çox sərfəlidir. 2019-cu ilin əvvəlində təyyarə ilə Paris-ə 22 avroya bilet tapmışdım (!!!). Əlavə olaraq, sürətli qatarla ölkə daxilində və ya bütün Avropa üzrə səyahət etmək olar. Fransanın, İspaniyanın və ya İtaliyanın bazarlarında və hər hansı xırda dükanlarında deməyin ki Almaniyada yaşayırsız, yoxsa bahalı qiymətə rast gəlmə ehtimalı çoxdur. Almanları Avropanın ən imkanlı millətlərdən biri kimi sayırlar.

Mənfi cəhətlər hər şeydə var, – sənəd və bürokratiya işləri bəzən problem yaradır. Və əsas tez-tez istifadə edilən söz – Termin-dir. Termin hər hansı bir yazılma deməkdir. Həkimə, dövlət müəssəsinə getmək üçün mütlək əvvəlcədən (1 həftədən 3 aya qədər) termin götürülməlidir.
Başqa mənfi cəhət – şəhər o qədər böyükdür ki, hərdən başa düşürsən ki günün bir çox hissəsini ictimai nəqliyyatda və ya maşında keçirirsən. Bu məncə bütün böyük şəhərlədin problemidir. Ona görə getməyə elə yerləri seçin ki, evinizə yaxın olsun.

Enjoy this blog? Please spread the word :)