Zamanın idarə edilməsi. Beyninizdən maksimum faydalanın! Məqsədlərə necə çatmalı. Məhsuldarlıq.

Uzunmüddətli məqsədlərinizə necə nail olursuz? Hər hansı bir qayda, ardıcılıq varmı, yoxsa işlər özü özünə həll olunub gedir?


Əziz oxucular, məqalələrimi bəyənirsinizsə, zəhmət olmasa bloq-un Facebook səhifəsini bəyənin. Bununla mənə dəstəyinizi göstərmiş olacaqsınız.
Təşəkkür edirəm!


У этой статьи есть русская версия.

Məqsədləri qoyub onlara nail olmaqda mənim ciddi problemlərim olub. Və əsas səbəb onda idi ki, tənbəllik həmişə yanımda idi, tənbəllikdən əlavə, işlərin disorqanizasiyası mənə sıxıntı hissini yaradırdı. Məni qabağa yollayan ancaq ambisiyalar və stimul idi. Amma o da məqsədə nail olmaq üçün kifayət etmirdi.

Sonra mən fərqli-fərqli Time-Management kitablarını oxumağa başladım, modda olan məqalələri oxuyurdum, hətta bu mövzuya aid seminarlara getmişdim. Bütün o məlumat axınından təcrübəmdə istifadə edə bildiyimlərdən bəzi məqamları topladım və qeyd etdim.

Birinci praktika – böyük məqsədləri xırda bir məqsədlərə bölmək
Uzunmüddətli məqsəd xırda məqsədlərə bölünməsə, çox çətin nail oluna bilər. Özünüzə bir misal təsəvvür edin – siz otağınızı yığışdırıb təmiz etməlisiniz.

Tənbəllik bunu bilib nə cavab verəcək? – İndi istəmirəm, sonra edərəm.
Niyə belə olur?
Ona görə ki, bizim beynimiz bir uşaq kimidir, ona hər dəfə motivasiya üçün hər-hansı “şirniyyat” (endorfin) vermək lazımdır. Beyin dərhal fikirləşir ki, bir “şirniyyat” almaq üçün qərək bütün otağı yığışdırsın adam, bu isə əlçatmaz kimi bir şeydir, çünki çoxlu addım etməli, çoxlu əməliyyat eməli bir işdir. Amma misal üçün hər hansı bir əşyanı bir yerdən başqa yerə qoymaq məqsədi olsa, siz onu edib dərhal özünüzü iş görmüş kimi hiss edəcəksiniz, və bu işə sizin beyniniz dərhal razı olacaq, çünki işi bitirib özünüzdə “qeyd” edəndə, beyin həmin “şirniyyatı” alır.
Deməli, böyük bir işə başlamağdan qabağ, insanın beyni işi proqnozlaşdırır və əgər məsələnin həllini əlçatmaz sayırsa, dərhal tənbəllik rejiminə keçir.

İndi gəlin bu işi xırdalayaq ki beyin tənbəllik rejimini qoşmasın:

1) İlk növbədə bütün əşyaları şkaflara və lazımı yerlərə yerləşdirmək
2) Lazımsız əşyaları və parçaları zibilliyə tullamaq
3) Tozsoran ilə otağı təmizləmək
4) Otağdaki döşəməni yumaq

Əlbəttə ki bu misal çox abstrakt misaldır, sırf asan anlamaq üçün verilib. Eyni prinsipi hər hansı böyük bir məqsəd üçün də istifadə etmək olar.

Hazırda beyin 4 dəfə endorfin “inyeksiyası” alacaq və ona görə həvəslə işi görməlidir.
Bunun kimi punktları kağızda və ya smartfonunuzda qeyd edib bir bir işarələsəniz, endorfininiz daha çox olacaq və etdiyiniz işdən daha çox həzz alacaqsız.

İndi isə bu prinsipi böyük bir məqsədə çatmaq üçün təsəvvür edin və bir neçə müddət sonra fikir verəcəksiniz ki, işiniz daha tez getməyə başladı.

Nəzərinizə alın ki, çox xırda bir bölüm etmək də lazım deyil. Beləliklə siz özünüzə tapşırıqların həll edilməsi illuziyasını yaradacaqsız, halbuki heç bir ciddi iş görülməyəcək. Belə olduğu halda tənbəlliyin əli yenə sizə çatacaq…

İkinci parktika – bildirişlərin idarə edilməsi
Hər hansı bir iş görərkən, smartfonunuzdaki və kompyuterinizdəki bütün bildirişləri söndürün. Mənim telefonumda bütün bildirişlər sönülü vəziyyətdədir. Kiməsə təcili nəsə lazım olsa, zəng edəcəklər. Hər hansı başqa mesaj və digər bildirişlər təcili ola bilməzlər. Və deməli sizin diqqətinizə layiq deyillər.Çünki, misal üçün hər hansı bildirişlər heç bir ciddi məna daşımadan, sizin bütün həvəsinizi poza bilər.
Mən işlədiyim şirkətdə zəng və ya bildiriş çox pis qəbul olunur. Çünki bütün komanda yoldaşlarına iş görməkdə problem yarada bilər.
Almaniyada belə şirkətlər və qaydalar çox yerdə vardır.
İş vaxtı hər hansı lazımsız səslərə görə diqqəti yayımlandırmamaq üçün, mən qulaqcıqlardan istifadə edirəm. Mahnılar beyninizi yükləməsin diyə, abstrakt musiqiyə qulaq asın.
ProgrammingMusic.net saytında demək olar sırf beyni yükləməmək üçün toplanmış musiqi pleylistləri vardır.

Üçüncü praktika – fiziki inersiya tək fizikada yox, həmçinin beynin işləməsində vardır
Misal üçün – sizin bir neçə tapşırıqlarınız qalib, və siz neçənci gündür ki onlara başlaya bilmirsiz. Hər axşam yatmağa gedəndə siz özünüzə məqsəd verirsiz ki sabah başlayıb hamısını bitirəcəm. Bu tənbəllikdən çıxmaq üçün, siz ən azı nəsə etməlisiniz ki, sonra inersiya ilə davam edəsiz. Sonra isə, bu xırda-xırda hər gün nəsə etməklə, həftənin sonunda proqress görəcəksiniz.

Dördüncü praktika – saata fikir verin
Hər dəfə hər-hansı bir işə başlamağdan qabağ, vaxt təyin edin. Bir saatdan az olsa daha yaxşı. Beləliklə siz beyniniza mesaj verisiz ki – vaxt məhduddur. Sırf məhdud vaxt olanda, beyin maksimal məhsuldarlıq ilə çalışır.
Doğrudanda, qabağlar çox vaxt sərf etdiyiniz işlər daha tez və eyni keyfiyyətlə görünə bilər.

Məqsədlərinizə çatasız!

Enjoy this blog? Please spread the word :)