Mən kitab oxumağı sevmirəm. Kitab oxumaq mənlik deyil. Kitab oxumaq mənasız məşğuliyyətdir.

Bu, və buna oxşar sözləri planetimizin iki sakinindən birindən eşitmək olar. Adətən, kitablara qarşı bu cür “nifrət” uşaq vaxtlarında oyanır, və buna səbəb valideyinlərin, nənələrin və babaların “kitab oxumaq lazımdır, kitab oxumaq faydalıdır” deməklə uşağı kitab oxumağa məcbur etmələridir. İnsan həmişə sərbəst olmağa can atır, ona görə də bütün nəsihət və məzəmmətləri rədd edib hər məsələni öz bildiyi kimi həll etməyə çalışır. Bu da avtomatik olaraq hər bir məcburiyyətə onda nifrət hissi oyadır.


Əziz oxucular, məqalələrimi bəyənirsinizsə, zəhmət olmasa bloqun Facebook səhifəsini bəyənin.


Bununla mənə dəstəyinizi göstərmiş olacaqsınız.
Təşəkkür edirəm! Bundan əlavə! Telegram kanalımda var, və onun vasitəsi ilə yeni məlumatları daha tez əldə edə bilərsiz! Telegram Kanal!


Psixoanalitik Mişel Deklerk öz pasientlərdən biri haqqında belə danışır:
“Bu cavan oğlan nəyin ki heç vaxt kitab oxumayıb, o hətta kitab olan otağın içində qala bilmirdi. Əvvələr nümunəvi şagird olmasına baxmayaraq valideyinlərinin mütəmadi məzəmmətləri onu ruhdan salmışdı. Cavan oğlanın oxumaq istəməməsinin əsas səbəbi kitablara düşmən kimi yanaşmasıdır”.

Kitab oxuyan insanlar daha çox pul qazanırlar.

XX əsrin ortalarında Avropanın ən qədim təhsil ocaqlarından biri olan İtaliyanın Padua Universitetində 6000 nəfər tələbənin iştiraki ilə təcrübə aparılmışdır. Tələbələrin hamısını iki qrupa bölüblər:

1) il ərzində təxminən on kitab oxuyanlar
2) il ərzində on kitabdan az oxuyanlar.

İllər keçdikcə həmin təcrübənin nəticəsi əsasında məlum olub ki, birinci qrupun üzvləri digər keçmiş tələbələrdən 21% çox pul gəliri əldə ediblər. Onu da nəzərə almaq lazımdır ki, bu universitetdə hər əlavə təhsil ili gələcəkdə yalnız 9% gəlir əldə etmək imkanı verirdi.
Uşaqlarda kitablara sevgi gələcəkdə daha çox kitab oxumağa təkan verir. Kitab oxumaq təhsildə müsbət nəticələr, istənilən şəxsin yaddaşını, fantaziyasını və fikirləşmə qabiliyyətini inkişaf etdirməyə kömək edir. Həmçinin insan nə gədər çox kitab oxuyursa,
bu özünün və ailə üzvlərinin sosial-iqtisadi səviyyəsini artırmağa müsbət təsir edir.

Uğurlu insanlar hamıdan çox oxuyurlar.

Doğrudan da, uğurlu insanların əksəriyyəti mütaliəçidir. Demək olar ki, hər bir uğurlu biznesmen və ya ictimai xadim çoxlu kitab oxuyur. Əlbəttə ki, bu fakt kim çox kitab oxuyur uğurlu insandır demək mənasına gəlmir.

Kitab oxuyan insanlar daha çox yaşayırlar.

ABŞ-nın Yel Universitetinin alimləri 3635 nəfər 50 yaşdan yuxarı insanların iştirakı ilə xüsusi bir təcrübə aparmışlar. Nəticədə məlum olmuşdur ki, gün ərzində ən azı 30 dəqiqə kitab oxuyan insan ümumiyyətlə kitab oxumayan insandan orta hesabla iki il çox yaşayır. Alimlər bu qanunauyğunluğu kitab oxuyan insanın beyninin daima fəaliyyətdə olunmasının orqanizmdə qan dövranının yaxşılaşması ilə əlaqələndirilər.

Mənim kitab oxumağa vaxtım yoxdur.

Sözsüz ki, kitab oxumaq üçün asudə vaxtın olması lazımdır. İndiki zamanda insanlar üçün boş vaxt tapmaq əməlli başlı defisitə çevrilib. İş, ailə, dostları ilə, yaxud qohumları ilə görüş, məişət problemlərinin həlli və gün hiss etmədən bitir. Sabah yenə də hər şey eyni qaydada təkrarlanır. Amma buna baxmayaraq, prioritet məsələlərin həlli üçün vaxt həmişə tapılır. Onda kitab oxumağı prioritet məsələlərin sırasına yerləşdirməsinə bizə nə mane olur?
Mənim fikrimcə, bunun əsas səbəbi insanların qiraətin nə qədər faydalı olmasına inanmamasında cəmləşir. Kitab insan beyninin bir hissəsidir, onun məlumat bazasıdır, fantaziyalarının cəmi, düşüncəsi, illər boyu qazandığı təcrübədir. Kitabı işə gedəndə, nahar fasiləsində, yatmamışdan qabaq, yuxudan oyananda oxumaq olar. Beləliklə, gün ərzində qiraət üçün kifayət qədər vaxt tapmaq olar.

Özünü nə cür kitab oxumağa öyrəşdirmək olar?

Bunun cavabı sadədir: kitabı ucadan oxumaqla uşaqlarda kitab oxumağa həvəs
oyadılması kimi. Deməli, qiraətdən mütəmadi olaraq həzz almağı audiokitablara qulaq
asmaqla almaq olar. Yaxşı audiokitab sizin təsəvvürünüzə yeni təkan verəcək. Ona
qulaq asandan sonra həmin əsərin çap variantını tapın. Böyük ehtimalla siz bu kitabı
həvəslə oxuyacaqsınız