Scrum nədir? Scrum qaydaları. Scrum nə üçün lazımdır?

Scrum nədir? Bu termin haqqında İT sahəsində işləyənlərin çoxusu eşidib. Avropa və ya Birləşmiş Ştatların şirkətlərinə işə düzəldikdə ilk növbədə Scrum-la işləyib-işləmədiyiniz barədə soruşulur. Scrum-ın nə olduğunu və necə istifadə edildiyini bilmirsinizsə, bu məqalə sizin üçündür. Scrum haqqında maksimal olaraq aydın formada sizə çatdırmağa çalışacam.

Scrum – İT sahəsində, dünyada ən çox istifadə edilən işin təşkili metodudur.

təsəvvür edin:

Televiziyada Amerikan futbolu gedir. Bir neçə oyunçu qalib gəlmək üçün bir birini itələyərək maneə yaradırlar – məhz bu prosessi ingilis dilində Scrum adlandırmaq olar. Mənim fikirimcə, Azərbaycan dilinə Scrum üçün ən yaxın tərcümə – “mübarizə” sözüdür.

Scrum-ın əsası – kiçik (5-7, bəzi hallarda 10 nəfər) bir komandadır. Bu komanda “sprint qaçışlarında” iştirak edir. Ortalama olaraq, bir qaçış 1-4 həftə arası davam edə bilər. Hər sprintin nəticəsi – problemsiz işləyən proqram məhsuludur.
Scrum – müştəri üçün işləyir və istənilən zaman onun planları (sprint məqsədləri) dəyişdirilə bilər.


Əziz oxucular, məqalələrimi bəyənirsinizsə, zəhmət olmasa bloqun Facebook səhifəsini bəyənin.


Bununla mənə dəstəyinizi göstərmiş olacaqsınız.
Təşəkkür edirəm! Bundan əlavə! Telegram kanalımda var, və onun vasitəsi ilə yeni məlumatları daha tez əldə edə bilərsiz! Telegram Kanal!


Scrum – qaydalar dəsti deməkdir

Tez tez sual verilir ki, Scrum və Agile eyni şeydirmi?
Scrum nədir? Demək olar ki, sadəcə Agile-in bir hissəsidir və onun bəzi qaydalarına uyğundur.

Agile – qayda və prinsiplərdən ibarət olan böyük bir dəstdir. Demək olar ki, o bir növ dövlət konstitusiyasına bənzəyir. Scrum isə – Agile əsasında qurulmuş, daha qısa və konkret qaydaları özündə əks etdirir. Hər bir konstitusiyada olduğu kimi, Scrum-ın da qaydalarına riayət etmək vacibdir. Hər hansı qanuna riayət edilmədikdə, Agile-in da qaydalarını pozmuş hesab edilirsiniz.

Scrum həmişə Sprint-lərə bölünməli, və hər bir sprint 1-4 həftə davam etməlidir. Sprint bitdikdə, görüş təşkil olunur və növbəti Sprint üçün tapşırıqlar təyin olunur. Beləliklə, bu proses heç vaxt bitmir. İş Sprint-dən Sprint-ə davam edir.

Scrum nədir? – yolun özü deyil, yolun tikilməsi qaydaları deməkdir

Proqram məhsulu Scrum qaydalarına uyğun olaraq, sadədən mürəkkəbə doğru yaradılır. İlk növbədə, əsas və asan problemləri həll edən bir “skelet” qurulur. Daha sonra, təsdiq olunmuş yeni tapşırıqlar növbəti Sprint-ə əlavə olunur.

Hər bir komandaya Scrum Master lazımdır

Siz bir neçə insanı bir yerdə toplayıb ümumi bir iş üzərində çalışmağı təşkil edə bilərsiniz. Lakin, bu o demək deyil ki, bütün insanlar dərhal birlikdə effektiv işləyə biləcəklər. Müxtəlif münaqişələr və maraqların fərqlənməsi şirkətə çoxlu problemlər yarada bilər.
Bu problemi həll etmək üçün Scrum-ın öz həlli – Scrum Master mövcuddur. Scrum Master – xüsusi təyin edilən komanda köməkçisidir. O, hər hansı qaranlıq məqamlarda tərəflər arasında yaranmış münaqişə zamanı öz məsləhətlərini verən insandır. Scrum Master, insani problemləri həll etməyi bacaran, şirkətin məqsədlərini bilən bir professional olmalıdır. Psixoloq kimi komandadaxili atmosferə və əhval ruhiyyəyə baxan adamdır.

Şirkətin bütün problemlərini və inkişaf yolunu bilən adam

Hərdən bir proqramın bir-neçə sifarişçisi olur ki, onlar eyni anda şirkətlə əlaqə saxlayıb öz tələblərini irəli sürürlər. Tələblər bir birinə uyğun olmaya da bilər. Bu problemi həll etmək üçün Scrum-da xüsusi bir rola malik- Product Owner, yəni, Məhsulun Sahibi mövcuddur.
Product Owner, şirkətin bütün sifarişçilərini təmsil edən komandanın bir tərkib hissəsidir. Layihədə ən peşəkar işçilərdən biri məhz o olmalıdır. Product Owner lazım gəldikdə, sifarişçilərə “yox” demək hüququna da malikdir.

Prosessin şəffaflığı

İşlərin davamiyyəti haqqında bütün komanda üzvlərini xəbərdar etmək üçün, Scrum Board (Lövhə) yaradılır. Scrum Board həm elektron, həm də fiziki formatda reallaşdırıla bilər.

Bütün komanda üzvlərinin Scrum lövhəsinə baxmağa icazəsi olmalıdır.

Scrum lövhəsində 3 əsas sütun (adətən bir neçə əlavə də olur) vardır:

  • To Do
  • In Progress
  • Done

Hər sütunda tapşırıq kartları vardır. Hər tapşırıq kartında onun nömrəsi və adı qeyd olunur. Həmin kartların üstündə isə işə cavabdeh olan adamın adı və ya şəkli (adətən maqnit şəkli) yerləşdirilir.

İş prosessin daimi yaxşılaşdırılması və inkişafı

Bəzi araşdırmalara görə, proqram layihələrin vaxtında təhvil verilməməsi səbəblərindən ancaq 6%-i insanların mexaniki səhvləridir.

Qalanı isə, işin düzgün təşkil edilməməsindən irəli gəlir (© Vilyam Deminq).

Scrum Deminq-in prinsiplərinə riayət edir və xüsusi davamlı inkişaf prosesindən istifadə edir.

Hər Sprint-in axırında xüsusi görüş keçirilir. Həmin görüşdə Product Owner, Scrum master və başqa komanda əməkdaşları Sprint ərzində baş vermiş problemlər haqqında fikirləri ilə bölüşürlər. Həmin problemləri həll etmək üçün xırda tapşırıqlar yaradılır və növbəti Sprint-ə daxil edilir.

Texniki tapşırıq əvəzinə Backlog

Adətən istehsalçının işi ətraflı şəkildə sifarişçi tərəfindən təşkil olunmuş texniki tapşırıqdan başlayır. Böyük ehtimalla, texniki tapşırığa xırda dəyişikliklər əlavə edildikdə bunun mənası itir.

Scrum-ın üstünlüyü ondadır ki, həmin texniki tapşırıq xırda-xırda hissələrə (tapşırıqlara) bölünür və hər tapşırıq ən azından layihənin özünə hər-hansı pozitiv təsir göstərməlidir.

Bu tapşırıqların siyahısına Backlog deyilir.
Backlog-un əsas təyini – prioritetə uyğun olaraq yerləşdirilmiş tapşırıqların ardıcıllığıdır.

Telefon, e-mail və çat əvəzinə real ünsiyyət

Real ünsiyyət tam ətraflı məktubdan daha tez və çox məlumat yaya bilir. Beş dəqiqə ərzində bir-neçə insan bir nəticəyə gəlib çata bilər. Digər tərəfdən, tez-tez təşkil olunan görüşlər də insanın effektiv işinə maneə yarada bilər.

Bu səbəbdən, Scrum-da görüşlər də dəqiq təyin edilib:

  • Hər Sprint-in əvvəlində planlaşdırılmış görüş (2-3 saat);
  • Gündəlik Stand-up (ortalama 15 dəq);
  • Sprint-in axırında görülmüş işlərin təqdim edilməsi;
  • Sprint-in axırında Retrospektiva görüşü (inkişaf məqsədi ilə təşkil edilən görüşlər).

    Bu görüşlərə bir Sprint ərzində təxmini olaraq 8-10 saat vaxt gedir.

İşlərin proqrnozlaşdırılması

Adətən, işin çətinlik dərəcəsi aldığı vaxta görə təyin edilir. Eyni tipli işləri planlaşdırmaq və proqnozlaşdırmağın asan olduğunu hamı bilir. Lakin, komanda işlərində bəzən tapşırığın həcmi haqqında saatlarla mübahisə etmək olar.

Bunun üçün Scrum points (xallar) təşkil olunub. Onlar ya geyim ölçüsü kimi (S, M, L, XL və s.) və ya rəqəm kimi – (1, 3, 8, 13 və s.) təyin oluna bilər, . Hər tapşırığa bir rəqəm və ya ölçü verilir. Scrum points – ların hansı formatda təşkil olunması səsvermə əasında təyin oluna bilər (bunun üçün xüsusi Scrum kartları da vardır).

Nəticədə, bu rəqəmlərin cəmi Sprint ərzində komandanın gördüyü işin göstəricisi kimi təyin oluna bilər. Komandanın işləmə sürəti işçilərin sayından, təcrübədən və layihənin təşkilindən asılı olur.

Scrum nədir sualına cavab tapdınızmı? Sizin şirkətinizdə Scrum işlənirmi? Mövzuya aid istənilən sualları komment-lərdə yaza bilərsiniz.

Enjoy this blog? Please spread the word :)