Həyatımın keyfiyyətini xeyirə doğru aparmaq üçün boş vaxtı haradan tapım?

Bu sualı həmişə özümə verirəm…

Həyatın keyfiyyətini yaxşılaşdırmaq üçün, mən hər zaman kəsiyin axırında yekunlaşdırma aparıram. Axırıncı gün/həftə/ay/il ərzində nələr edib nəyə nail olmuşam?
Başa düşəndə ki, çox az etmişəm, yəni gözlədiyimdən az, mənim beynim avtomatik olaraq özünə bəhanə axtarır – vaxt yox idi.

Bəli, hamımızın prioritetli işlərimiz var, ailə, dostlar, iş və s. Amma siz fikirləşmisinizmi, dəyərli vaxtınızı nəyə sərf edirsiz? Mən hesabladım – ortalama sutkada 2-3 saatım Youtube/Facebook/Instagramvə başqa vaxt yeyənlərə sərf edirdim. Standart və asan qərar – tam olaraq onlardan imtina etməkdir, amma adam əvvəl-axır yenidən hər-hansı bəhanə əsasında sosial şəbəkələrə qayıdacağ. Ona görə mən biraz başqa cür etdim:

1) Sosial şəbəkə dostlarımın çoxusunun abunəsindən çıxdım (unfollow), çünki onlar əsasən çoxlu, mənə xeyir gətirməyən postları yerləşdirirlər
2) Çoxsaylı səhifə və kanallardan imtina etdib abunəsindən çıxdım, çünki onlar yalnız havai dofamin mənbələridir, hansı ki beyinə ziddir
3) Şəxsi inkişaf və peşəm haqqında yazan səhifə və kanallara abunə oldum
4) Bütün sosial şəbəkə və messengerlərin bildirişlərini söndürdüm, və hazırda yalnız gün ərzində 2 dəfə ora daxil olub yoxlayıram

Həmçinin, belə anlar olur ki, yorulmüş vəziyyətdə işdən gəlirsiz və hiss edirsiniz ki, biraz dofamin istəyirsiz, hansını ki sizə adətən sosial şəbəkələr, Youtube, kino və ya hər hansı oyunlar verir. Amma fikirləşmisinizmi, onun sizə nə xeyiri var? Bəli, ola bilsin motorikanızı inkişaf edər və ya kino hesabına biraz biliyiniz artar. Mən başqa yol seçdim – beynimizi inkişaf etdirən xobbi ilə məşqul olmaq, – beyninizin istifadə etmədiyiniz tərəfini inkişaf etdirmək üçün.
Misal üçün musigi alətləri, yeni idman növü və ya rəssamlıq.

Beyin təkcə istehlak üçün deyil, – yaratmaq üçündür. Gitara və ya pianoda oynamaq, və ya hər-hansı yaradıcılıq ilə məşğul olaraq – siz prefrontal korteks-i (insan beyninin vacib hissəsi) inkişaf edtirirsiniz. Bu, yeni neyronların yaradılmasına səbəb olacaq və yaddaşınızı, məhsuldarlığınızı və özünüzü idarə etməyinizi inkişaf etdirəcək. Bun çoxsaylı elmi və şəxsi işlər təsdiq edir.

Bəzən, daha tez yatmağa getmək növbəti maraqlı kino və ya video-ya baxmağdan xeyirlidir, çünki sağlam yuxu sizi yeni günə hazır edərək, güc verəcək. Asan nail olunan dofamin istehlakin məhdudiyyətləşdirilməsi özünüzü idarə etməyə, və hər-hansı problemlərin həllində köməklik edir.

Prefrontal korteks – insan beyninin ən vacib hissələrindən biri, və insanın planetimizdə ən ağıllı varlıq olduğun səbəbidir. O bizə özümüzü idarə etmək, planlaşdırmaq və bir-neçə addım qabağa fikirləşməkdə köməklik edir. Məhz prefrontal korteksin hesabına biz özümüzü saxlaya bilirik. Stereotiplərə baxmayaraq, prefrontal korteksi hər-hansı əzələ kimi, məşq elətdirmək olar.

Ən sevdiyim beyin məşqlərindən biri haqqında:

Misal üçün, siz sevdiyiniz işlə məşğul olmaq istəyirsiniz, – kinoya, futbola baxmaq, sosial şəbəkələrdə oturmaq və ya hər-hansı oyun oynamaq. Başlamağdan əvvəl, çalışın, misal üçün, otağınızı yığışdırın, ev işlərini görün, hər-hansı, dostunuza söz verdiyiniz işi görün. Bu çox asan və kiçik bir məşqdir. Lakin hər dəfə edildikdə, beyin “əzələniz” daha böyük və güclü olmağa başlayır və növbəti dəfə siz öz işlərinizdə və həyatınızda daha çox xeyirə nail olacaqsınız!